19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Səudiyyə Ərəbistanı maliyyə nazirlərinin görüşü olub

Dekabrın 16-da maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu qeyd olunub.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması ilə bağlı görülən işlər barədə məlumat verib, Müştərək Komissiyanın dünən keçirilən 6-cı iclasının iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Məhəmməd Əl Cədəan Səudiyyə Ərəbistanı və Azərbaycan arasında hazırki əlaqələri yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bildirib. O Səudiyyə Ərəbistanında həyata keçirilən layihələr və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, maliyyə siyasəti və davamlı inkişafın təmin olunması üçün hökumət tərəfindən atılan addımlardan danışıb.

Tərəflər, həmçinin maliyyə siyasətinin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının birgə fəaliyyəti və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də digər sahələrdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?