15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda daha 3 qum-çınqıl yatağı özəlləşdirilib

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı təşkil olunan növbəti hərracda Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboy rayonunun “Qarasuçay” qum-çınqıl yatağının 5 hektar sahəsi, İsmayıllı rayonunun “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi istifadəyə verilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, “Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2, LOT-3, LOT-4, LOT-5, LOT-6 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 17 min 500 manat olan LOT-1 üzrə edilən son təklif 41 min manat olub. Başlanğıc qiyməti 16 min 500 manat olan LOT-2 isə 80 min 700 manata istifadəyə verilib. Ən yüksək rəqabət LOT-6 üzrə müşahidə edilib. Belə ki, başlanğıc qiyməti 15 min 900 manata olan LOT-6 üzrə edilən son təklif 97 min 200 manatadək yüksəlib.

“Hacıməlikli” qum-çınqıl yatağının LOT-1, LOT-2 üzrə keçirilən hərracın qalibi “Azeri Mining Group” MMC, LOT-3, LOT-4 üzrə qalib “KANT-2S” MMC, LOT-5, LOT-6 üzrə qalib fiziki şəxs İlham İsmayılov olub. “Qarasuçay” və “Girdimançay” qum-çınqıl yataqları üzrə keçirilən hərracın qalibi isə müvafiq olaraq “23№li Yol İstismarı” MMC və “Muğan-KİTT Şirkəti” MMC olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3F06SWi)

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 24-ü və yanvarın 17-də keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 20 faydalı qazıntı yatağı istismara verilib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?