23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İslam İnkişaf Bankı Qarabağda İKT, nəqliyyat və infrastruktur layihələrinin maliyyələşdirilməsində maraqlıdır

İslam İnkişaf Bankı Qarabağda İKT, nəqliyyat və infrastruktur layihələrinin maliyyələşdirilməsində maraqlıdır

İslam İnkişaf Bankı (İİB) Qrupunun Ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Khanın Azərbaycana səfəri çərçivəsində bankın nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) olublar.

RİNN-dən bildirilib ki, nümayəndə heyəti ilə keçirilmiş görüşdə ölkəmizlə bank arasında cari əməkdaşlıq məsələləri və İİB tərəfindən maliyyələşdirilə biləcək potensial layihələrlə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, “Ağıllı şəhər”, “Ağıllı kənd”, xüsusilə də şəhərlərin transformasiyası sahəsində layihələrin bank tərəfindən dəstəklənməsi, rəqəmsal transformasiya sahəsində bankın texniki dəstəyinin əldə edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, qarşı tərəf işğaldan azad olunmuş ərazilərimizdə İKT, nəqliyyat və infrastruktur sahəsində konkret layihələrin maliyyələşdirilməsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması