Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Dekabrın 15-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50103790S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01 faiz) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 058 milyon 083 min 300 manat olub. MB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat olub. Notlar gələn il yanvarın 12-də ödəniləcək.