29 Noyabr 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın biznes və investisiya imkanlarının təkmilləşdirilməsi ilə bağlı tövsiyə və təkliflər müzakirə olunub

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında işgüzar görüş keçirilib.

Görüşdə AmCham tərəfindən 2021-ci ildə dərc olunan və Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd”in təqdimatı keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə işgüzar mühitin inkişaf etdirilməsinə, ölkədə aparılan davamlı islahatlara dəstək xarakteri daşıyan sənəddə əks olunan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.

AmCham-ın prezidenti Nuran Kərimov, icraçı direktoru Gülnarə Aslanbəyli və vitse-prezidenti Nərgiz Nəsrullayeva Palatanın İqtisadiyyat Nazirliyi və digər qurumlarla əməkdaşlıq istiqamətlərindən, “Ağ sənəd”də bank, maliyyə və sığorta, rəqəmsal texnologiya və innovasiyalar, tez tükənən istehlak malları, insan resursları və əmək bazarı, hüquq və komplayens, satınalmalar, dayanıqlı inkişaf, turizm, gömrük və vergi sahələrini əhatə edən tövsiyə və təkliflər barədə məlumat veriblər.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda pandemiya şəraitində biznes və investisiya mühitinin dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlər və bu tədbirlərin makroiqtisadi göstəricilərə müsbət təsirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər işgüzar fəaliyyətin davamlılığını və 2021-ci ildə iqtisadi artımı təmin edib. Belə ki, bu ilin 10 ayı ərzində real ÜDM-in həcmi 4,9%, qeyri-neft ÜDM-i isə 5,9% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 24,7%, ixrac 37,7%, qeyri-neft ixracı isə 42% artıb.

Nazir müavini Azərbaycanın sosial-iqtisadi Milli Prioritetləri çərçivəsində rəqabətədavamlı insan kapitalının inkişaf etdirilməsi, inklüziv cəmiyyət və sosial ədalət, müasir texnologiyaların tətbiqi, “yaşıl” iqtisadiyyat və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişinin təmin olunmasının iqtisadiyyatın davamlı inkişafı baxımından önəmini vurğulayıb, bu isiqamətdə həyata keçirilən layihələr, görülən işlər barədə danışıb. Tədbir iştirakçıları, həmçinin investisiya cəlb olunmasının artırılması məqsədilə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün Elektron Kredit Platforması, Azərbaycan İnvestisiya Holdinqi, Ələt Azad İqtisadi Zonasının yaratdığı inestisiya imkanları barədə məlumatlandırılıb.

Nazir müavini “Ağ sənəd”də yer alan tövsiyə və təkliflərin İqtisadiyyat Nazirliyi tərəfindən bir hissənin artıq dəyərləndirildiyini bildirib, digərləri ilə bağlı işlərin aparıldığını diqqətə çatdırıb.

Tədbirdə AmCham-ın komitə sədrləri Ceyhun Məmmədov və Zaur Allahverdizadə “Ağ sənəd”də iqtisadiyyatın müxtəlif sahələri üzrə əksini tapan tövsiyə və təkliflərlə bağlı geniş təqdimatlarla çıxış ediblər.

Görüşün sonunda sənəddə əks olunan məsələlər barədə müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib və biznes dairələrini maraqlandıran suallar İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev tərəfindən cavablandırılıb.

VergiƏDV-nin bir hissəsinin qaytarılması üzrə portal istifadəyə verilib Vergiİstehlakçıya kassa çekinin dublikatı verilməlidirmi? İqtisadiyyatHacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı 13-ə çatıb VergiDVX-nin rəsmi saytında istifadəçilərin rahatlığı üçün yeni bölmələr yaradılır VergiBöyük Britaniya Vergi və Gömrük Administrasiyasının təlimlərinin növbəti mərhələsi başlayıb Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib VergiLizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir? VergiVergi ödəyiciləri üçün xidmətlərdə yeni rəqəmsal həllər hazırlanır VideoBiznes sahəsindəki menecerlər “Almaniya-Azərbaycan Birgə Proqramı”ndan necə yararlana bilərlər? VİDEO VideoVergi ödəyicisinin digər vergi ödəyicilərinə e-kargüzarlıq vasitəsilə sənəd göndərilməsi qaydalarını əks etdirən videotəlimat VİDEO