13 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il işəgötürənlərin işçiyə görə öhdəlikləri nə qədər olacaq?

2022-ci ildən işçilərlə yanaşı işəgötürənlərin icbari ödənişlərində artım olacağı gözlənilir. Mövcud qanunvericilik 2021-ci ilə münasibətdə əməkhaqqı fondundan tutulmalarda xüsusi bir hal kimi icbari tibbi sığorta haqqındakı 50 faizlik güzəşti aradan qaldırdığını deməyə əsas verir. Hüquqşünas Şəhriyar Həbilov gələn il əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verib.

Beləliklə, 2022-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq:

- məcburi dövlət sosial sığorta haqqı;
- işsizlikdən sığorta haqqı;
- icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri belə hesablanacaq:

- Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əməkhaqqının 8.000 manatdan yuxarı hissənin 0.5 faizi, 8.000 manatadək olan hissədən isə 2 faiz məbləğində;

- Özəl sektorda çalışanların əməkhaqqı üzrə əməyin ödənişi fondundan 8.000 manatadək hissənin 2 faizi, (2021-ci ildə 1%), 8.000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Göstərilənləri nəzərə alaraq 2022-ci il üzrə işçinin əməkhaqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq:

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər üçün:

Misal 1: Tutaq ki, şəxs aylıq 250 manat əməkhaqqı ilə özəl şirkətdə çalışır. Bu zaman ona görə tutulan ödənişlər nə qədərdir?

a) sosial sığorta haqqı - 250 manat əməkhaqqının 200 manatlıq hissəsinə görə 22 faizi, 200 manatdan yuxarı hissəyə görə isə 15 faizi hesablanır:

200 x 22% = 44 manat,
50 x 15% = 7,5 manat,
44+7.5=51.5 manat.

b) işsizlikdən sığorta haqqı əməkhaqqının 0,5 faizi məbləğində tutulur:

250 x 0.5% = 1.25 manat.

c) icbari tibbi sığorta haqqı əməkhaqqının 2 faizi məbləğindədir:

250 x 2% = 5 manat.

Deməli, 250 manat əməkhaqqı alan işçiyə görə işəgötürənin əməyin ödənilməsi fondundan tutulan məbləğ ümumilikdə 57,75 manat olacaq:

44+7.5+1.25+5=57.75 manat.

Misal 2:Tutaq ki, şəxs xidmət sektorunda fəaliyyəti olan şirkətdə çalışır və aylıq əməkhaqqı 8.100 manat təşkil edir. Bu zaman ona görə əməyin ödənilməsi fondundan tutulan məbləğ nə qədərdir?

a) Sosial sığorta haqqı:

8100 -200 =7900 manat,
200 x 22% = 44 manat,
7900 x15% = 1185 manat
44 + 1185 = 1229 manat.

b) işsizlikdən sığorta haqqı:

8100x 0.5% = 40.5 manat.

c) icbari tibbi sığorta haqqı:

8000 x 2% = 160 manat,
100 x 0.5% = 0.5 manat
160 + 0.5 = 160.5 manat.

İşəgötürənin 8.100 manat əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 manat (2021-ci ildə 1350 AZN) olacaq:

44+1185+40.5+160.5=1430 manat.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə görə əməyin ödənişi fondundan tutulacaq məbləğlərə də nəzər salaq.

Əməkhaqqı 250 manat olanlar üçün nümunə:

a) sosial sığorta haqqı:

250 x 22% = 55 manat.

b) işsizlikdən sığorta haqqı:

250 x 0.5% = 1.25 manat.

c) icbari tibbi sığorta haqqı:

250 x 2% = 5 manat.

55+5 + 1.25= 61.25manat.

Beləliklə, həmin işçiyə görə işəgötürənin işçinin əməkhaqqından asılı olaraq əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 manat olacaq.
Əməkhaqqı 2500 manatdan çox olanlar üçün nümunə:

8100 əməkhaqqı üzrə

a) sosial sığorta haqqı:

8100 x 22%=1782 manat.

b) işsizlikdən sığorta haqqı:

8100 x 0.5% = 40.5 manat.

c) icbari tibbi sığorta haqqı:

8000 x 2% = 160 manat;
100 x 0.5% =0.5 manat;
160 + 0.5= 160.5 manat,
1782+40.5+160.5=1983 manat.

İşəgötürən işçinin 8100 manat əməkhaqqı üzrə əməyin ödənişi fondundan 1983 manat ödəməli olacaq.

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?