19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlcəzair qəzetində Ələt Azad İqtisadi Zonası haqqında məqalə dərc olunub

Əlcəzairin “Əl-Vasat” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Ələt Azad İqtisadi Zonasının strateji hədəfi” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonasının başlıca hədəfinin xarici sərmayələrin cəlbi və qeyri-neft sektorunun daha da inkişafı olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, beynəlxalq ekspertlər bu layihənin cəlbedici olduğu barədə rəylər veriblər. İlk növbədə, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlı olması, yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Yazıda 2005-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının sürətli artım tempi konkret rəqəmlərlə əsaslandırılıb. Diqqətə çatdırılıb ki, ölkəmiz “Doing Business 2020” hesabatında biznes sahəsində islahatlar aparan ən yaxşı ölkə kimi qiymətləndirilib. Bu yaxınlarda Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığa dair sənəd də imzalanıb.

Müəllif vurğulayıb ki, Ələt Azad İqtisadi Zonası, eyni zamanda, Avropa və Asiya arasında nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıracaq. Prezident İlham Əliyev bu zonanın fəaliyyətini tənzimləyəcək qanunverici bazanı təmin edən müvafiq Qanunu da imzalayıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?