17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Azərbaycan İnvestisiya Şirkəti” ASC müsabiqə elan edir

“Azərbaycan İnvestisiya Şirkəti” ASC müsabiqə elan edir

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismar edilərək mişar daşı istehsalı layihəsinə investisiya qoyuluşu məqsədilə potensial investor seçiminə dair müsabiqə elan edir.

Müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Müsabiqə üzrə seçimə dəvət aşağıda qeyd olunan sənədlər təqdim edildikdən sonra aparılacaq:

  1. İddiaçının tam adı, hüquqi statusu. Hüquqi şəxsdirsə, nizamnamə, VÖEN şəhadətnaməsi və dövlət reyestrindən çıxarış, fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənəd və VÖEN şəhadətnaməsi;
  2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  3. İddiaçının maliyyə dayanıqlığı (son 3 ildə biznes dövriyyəsinin ardıcıl olaraq 1 (bir) milyon manatdan yuxarı olmaqla maliyyə vəziyyəti haqqında bank arayışı və maliyyə hesabatları);
  4. İddiaçının biznes idarəçiliyi, komandası, (o cümlədən faydalı qazıntı yataqlarının istismarında) müvafiq layihələrdə iştirakına dair təcrübəsini təsdiqləyən məlumatlar; (həmçinin bura daxildir: dağ-mədən sahəsində fəaliyyət göstərən ixtisaslı kadrlar, maddi-texniki bazası və s)

Qeyd: Seçilmiş investorla birlikdə yaradılacaq hüquqi şəxsin səhm kapitalında AİŞ-in iştirak payı maksimum 30%-dir. Eyni zamanda, layihənin icrasına başlandıqdan 5-7 il sonra (maliyyə modelinə uyğun olaraq tərəflər arasında qabaqcadan razılaşdırılır) AİŞ-in payı əsas səhmdarlar tərəfindən satın alınmalıdır.

Müsabiqədə iştirak etməkdə maraqlı olan investorlar 20.12.2021 tarix, saat 17:00-dək qeyd olunan sənədləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin ünvanına təqdim edə bilərlər.

Ünvan:

AZ 1025, Bakı şəhəri, 8 Noyabr prospekti, 25E

Bakı Ağ Şəhər Ofis Binası, 3-cü mərtəbə

Tel: +994 12 488 80 10

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?