22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsi ilə bağlı seminar keçirilib

“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsi ilə bağlı seminar keçirilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən şirkət və müəssisələrin yeni biznes modelləri və innovativ həllər tətbiq etməklə istehsal proseslərinin avtomatlaşdırılmasına, təkmilləşdirilməsinə və optimallaşdırılmasına nail olması məqsədilə tədbir və təşəbbüslər həyata keçirilir.

Bu tədbirlərdən biri kimi, 7 dekabr, 2021-ci il tarixində Türkiyənin MEXT Texnoloji Mərkəzi ilə birgə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index-“SIRI”) qiymətləndirməsi ilə bağlı seminar təşkil edilib. Dünyanın ən böyük rəqəmsal transformasiya və inkişaf mərkəzlərindən olan MEXT Texnoloji Mərkəzi Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Türkiyədəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçiləri Birliyini (MESS) təmsil edir.“SIRI” Dördüncü Sənaye İnqilabı üçün qlobal miqyasda ən effektiv rəqəmsal yetkinliyin (maturity) qiymətləndirilməsi proqramlarından olmaqla MEXT tərəfindən həyata keçirilir.

“SIRI” qiymətləndirilməsi çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəriciləri dəyərləndirilir, diqqət tələb edən sahələr müəyyənləşdirilir və müəssisələr üçün rəqəmsal inkişaf xəritəsi hazırlanır. Bu sahələrdəki təkmilləşdirmələr nəticəsində müəssisələrin səmərəlilik əmsalı nəzərəçarpan dərəcədə artır.

Seminarda Azərbaycan İnvestisiya Holdinqinə daxil olan istehsal yönümlü şirkətlər, Sumqayıt Kimya Sənaye Parkının rezident müəssisələri və “Baku Steel Company”, “SOCAR Polymer”, “Azəralüminium”, “Mətanət A” və digər şirkətlərin nümayəndələri iştirak edib. Maraq göstərən şirkət və müəssisələrlə növbəti mərhələdə ayrılıqda görüşlərin keçirilməsi və qiymətləndirmənin təşkili ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?