10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Həştərxan vilayəti ilə əlaqələr genişlənir

Həştərxan vilayəti ilə əlaqələr genişlənir

Gələn il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Nazir 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?