18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İbrahim Rəisi: İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti müqaviləsi böyük əhəmiyyət daşıyır

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz tranziti ilə əlaqədar imzalanan müqavilə əhəmiyyətli sənəddir.

Bu sözləri İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasına müsahibəsində deyib. O bildirib ki, bu müqavilə İranı regionun qaz tranziti mərkəzində çevirəcək. Bu müqavilə hər üç ölkənin iqtisadi inkişafını sürətləndirəcək.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda imzalanan müqaviləyə əsasən dünya bazarına çıxarılan Türkmənistan qazı Azərbaycana İran ərzisindən idxal olunacaq. Həyata keçiriləcək bu əməliyyat İran üçün olduqca mühüm xarakter daşıyır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İranın iri qaz yataqları ölkənin cənub rayonlarında yerləşir və ölkənin şimal rayonlarını qazlaşdırmaq çətinlik törədir. Aşqabadda imzalanan müqaviləyə əsasən isə İran tranzit haqqını qaz ilə alacaq və şimal rayonlarını qazlaşdıracaq və bunun üçün əlavə vəsait xərcləməyəcək.

Dekabrın 22-dən başlayaraq İran ərazisindən Azərbaycana 1,5-2 milyard kubmetr qazın ixracına başlanacaq.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?