26 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Koreya tərəfindən onlayn formatda təşkil olunmuş “İKT üzrə Nazirlər Toplantısı 2021”ə qatılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Rövşən Rüstəmov tədbir çərçivəsində keçirilən “Broadband connectivity” (Genişzolaqlı bağlantı) sessiyasında əsas spiker qismində çıxış edib.

Nazir müavini öz çıxışında dünyada və ölkəmizdə bu sahədə hazırkı vəziyyət, dünyada bu istiqamətdə inkişaf trendləri, ölkəmizdə həyata keçirilən layihələr, qəbul edilən strategiya və dövlət proqramları barədə iştirakçılara məlumat verib.

Rövşən Rüstəmov statistik göstəriciləri diqqətə çatdıraraq bildirib ki, Azərbaycan əhalisinin, demək olar ki, 85 faizi internetdən istifadə edir.

“Məqsədimiz yüksəksürətli internetin tətbiqini genişləndirmək və FTTH (Fiber to the Home) şəbəkəsindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaqdır. Vətəndaşlar mərhələlərlə həyata keçirilən layihələr nəticəsində 2024-cü ilə qədər minimum 25 mb/s sürətə malik genişzolaqlı internetlə təmin olunacaqlar”, – deyə nazir müavini vurğulayıb.

Rövşən Rüstəmov əlavə edib ki, bu hədəfə çatmaq üçün ən optimal və effektiv yol dövlət-özəl tərəfdaşlığıdır və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk.

Nazir müavini çıxışının sonunda rəqəmsal transformasiyanın ölkəmizdə prioritet olduğunu qeyd edərək bu prosesin həyata keçirilməsində müasir İKT infrastrukturunun mövcudluğunun əhəmiyyəti barədə danışıb.

Tədbir çərçivəsində “Asiyanın inklüziv əlaqəliliyi və ortaq rifahı üçün Seul Bəyannaməsi” qəbul edilib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”