Oktyabrda ölkədə elektrik enerjisi istehsalı artıb
Cari ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublikada elektrik enerjisinin istehsalı 2 milyard 168,8 milyon kVt/saat, ixracı 125,8 milyon kVt/saat, idxalı 10,3 milyon kVt/saat olub.
Energetika Nazirliyindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabrda respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 milyon kVt/saat, ixrac 66,0 milyon kVt/saat artıb, idxal isə 0,4 milyon kVt/saat azalıb.
Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 554,4 milyon kVt/saat artaraq 22 milyard 855,8 milyon kVt/saat olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 milyard 394,8 milyon kVt/saat artaraq 21 milyard 458,6 milyon kVt/saat, SES-lərdə 162,5 milyon kVt/saat artaraq 1 milyard 108,9 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 milyon kVt/saat azalaraq 288,3 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 77 milyon kVt/saat, günəş elektrik stansiyalarında 48,5 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 milyard 504,3 milyon kVt/saat (İES-lərdə 19 milyard 525,3 milyon kVt/saat, SES-lərdə 979 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 milyon kVt/saat (İES-lərdə 216,8 milyon kVt/saat, SES-lərdə 117,4 milyon kVt/saat, GES-də 44,9 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 915,7 milyon kVt/saat təşkil edib.
Cari ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1 milyard 156 milyon kVt/saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 milyon kVt/saat artıb. İrana 252,8 milyon kVt/saat, Türkiyəyə 318,6 milyon kVt/saat, Rusiyaya 79,1 milyon kVt/saat, Gürcüstana isə 505,5 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 milyon kVt/saat artıb. İrandan 27,3 milyon kVt/saat, Rusiyadan 78,9 milyon kVt/saat, Gürcüstandan isə 24,6 milyon kVt/saat elektrik enerjisi idxal edilib.