5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə muzdla işləyənlərin sayı artıb

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu il martın 1-nə olan ilkin məlumata əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5.129,9 min nəfər olub və onlardan 4.876,0 min nəfərini məşğul əhali təşkil edib. Bu il fevralın 1-nə olan məlumata görə, muzdla işləyənlərin sayı 1.523,8 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 661,0 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Neft sektorunda çalışanlar 34,3 min nəfər, qeyri-neft sektorunda çalışanlar isə 1489,5 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışanların 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində işləyənlər olub.

Xidmət sahəsində işləyənlərin 21,9 faizi təhsil; 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 7,1 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat; 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi; 1,7 faizi informasiya və rabitə; 1,7 faizi maliyyə və sığorta fəaliyyəti; 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə; 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?