8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “ASAN Radio”nun birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilir. Dekabrın 1-dən etibarən “ASAN Radio”da sahibkarlar üçün “KOB dostu” proqramı yayımlanacaq. Verilişin məqsədi cəmiyyətdə biznes savadlılığının artırılmasına, mövcud biznes imkanları və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılmasına dəstək göstərməkdir.

“KOB dostu” verilişində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dəstək mexanizmləri, bu sahədəki yeniliklər, həyata keçirilən layihələr və işgüzar dairələri maraqlandıran digər məsələlər müzakirə olunacaq. Sahibkarlara dəstək və xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və peşəkar mütəxəssislər verilişdə iş adamlarını maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat verəcəklər. Həmçinin, “KOB dostu” verilişində müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələri təcrübələrini bölüşəcək, mövzu ilə bağlı sahibkarlardan daxil olan suallar canlı efirdə mütəxəssislər tərəfindən cavablandırılacaqdır.

Verilişi hər həftənin çərşənbə günü, saat 19.05-də “ASAN Radio”nun efirində dinləmək, həmçinin radionun və KOBİA-nın “Facebook” səhifəsində canlı izləmək olar.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?