19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda beynəlxalq sosial sahibkarlıq forumu keçirilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, Avropa Komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it up, keep it up” layihəsi çərçivəsində beynəlxalq sosial sahibkarlıq forumu keçirilib.

NAYORA-dan bildiriblər ki, forumun keçirilməsində məqsəd sosial sahibkarlıq mərkəzləri yaratmaq, sosial sahibkarlıq üzrə mentorlar hazırlamaq, gələcək sosial sahibkarların fəaliyyətini dəstəkləmək və təlimlərdə iştirakını təmin etməkdən ibarət olub.

Layihə çərçivəsində altı ölkədən olan 50 əcnəbi, sosial sahibkar və bu sahə üzrə zəngin təcrübəyə malik çıxışçılarla birlikdə hökumət orqanları və inkubasiya mərkəzləri arasında gündəlik olaraq panel müzakirələri, müxtəlif vörkşoplar, həmçinin iştirakçı ölkələrin mədəniyyət gecələri təşkil edilib.

Panel müzakirələri zamanı Azərbaycanda sosial sahibkarlığın inkişafı, bu istiqamətdə mövcud vəziyyət və qazanılan uğurlar xüsusilə vurğulanıb. Qeyd edilib ki, sosial sahibkarlıq sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılması, o cümlədən onların cəmiyyətə hərtərəfli inteqrasiyası baxımından Azərbaycan hökumətinin gündəliyindəki prioritet istiqamətlərdəndir. Müzakirələr zamanı çıxışçılar bildiriblər ki, ölkəmizdə sosial sahibkarlıq təşəbbüslərinin artırılması, bu sahədə maarifləndirmə və məlumatlandırma işinin gücləndirilməsi, müvafiq təşkilatlar və qurumlar cəlb edilməklə bu sahədə həvəsli olan şəxslərin bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.

Tədbir çərçivəsində iştirakçılar “ABAD” etno-butikinin də qonağı olub, sosial sahibkarlığın dəstəklənməsi üçün yaradılan imkanlar barədə ətraflı məlumat əldə ediblər. Forumun sonuncu günü iştirakçılardan ibarət komandalar startap layihələrini təqdim ediblər.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi