24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Videotəlim platformasından istifadə edən sahibkarların sayı artır

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı artır. Artıq 200-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs videotəlim platformasında şəxsi kabinetini yaratmaqla biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətlərində onlayn təlimlərdən faydalanıb.

Qeyd edək ki, KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytının videotəlim platforması bölməsində qeydiyyatdan keçməklə 180 təlim videosunu izləyə bilərlər. Vaxta qənaət, internetə çıxış olan istənilən məkandan qoşulma, videotəlimləri təkrar izləmək imkanı, təlim materialları, videoları izlədikdən sonra özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların praktik və peşəkar təlimçilər tərəfindən izah olunması və platformadan istifadənin ödənişsiz olması videotəlim platformasının başlıca üstünlükləridir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?