15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110004923 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 85.152 AZN (10 faiz) və 100 AZN (7 faiz) olan 12 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 100 AZN (7 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 milyon 409 min 400 manat, yerləşdirilmiş həcmi isə 6 milyon 100 min manat təşkil edib. İstiqrazlar 2028-ci il noyabrın 14-də ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?