27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yenilənmiş 50 manatlıq pul nişanı dünyada ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu hesab edilib

Cari il noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış yeni 50 manatlıq pul nişanı “ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

Mərkəzi Bankdan bildirilib ki, pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda eksklüziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, “Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – “Günəş”, inkişaf rəmzi olan – “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?