17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəngəzur dəhlizinin açılması Böyük İpək yoluna töhfə olacaq

Əlcəzairin “Əl Hivar” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyəti barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda tarixi İpək yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfransın keçirildiyi, TRASEKA beynəlxalq nəqliyyat proqramının və Bakı Bəyannaməsinin təsdiq edildiyi diqqətə çatdırılıb. Bundan sonra, 2001-ci il fevralın 21-də Azərbaycan paytaxtında TRASEKA Hökumətlərarası Daimi Komissiyanın Katibliyi fəaliyyətə başlayıb. Bundan başqa, ölkəmiz Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə də qoşulub və onun fəal iştirakçısıdır.

R.Bağırov yazır ki, ötən il Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində yeni nəqliyyat dəhlizlərinin açılması reallığa çevrilib. Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunu təmin edəcək Zəngəzur dəhlizi, eyni zamanda, İpək yolunun inkişafına töhfə olacaq. Bu mühüm marşrut, həm də vaxtilə Zəngəzur mahalının qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində Naxçıvanın blokadasına da qon qoyacaq. Dəhliz, həmçinin Türkiyə və Rusiyanı Azərbaycan ərazisi vasitəsilə birləşdirəcək.

Məqalədə qeyd olunub ki, Zəngəzur dəhlizinin əhəmiyyəti bu yaxınlarda keçirilmiş Türk Şurası ölkələrinin VIII Zirvə Toplantısında da vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin bütün türk dünyası üçün iqtisadi önəmindən ətraflı bəhs edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?