13 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana xarici valyuta gətirən mallar açıqlandı

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 40 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, bu ilin ilk 2 ayında Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub: iki ayda 30,5 milyon ABŞ dollar dəyərində elektrik enerjisi satılıb. Bu siyahıda mahlıc (25,9 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon ABŞ dolları) üçüncü yerdədır. Bu dövrdə xaricə ixrac edilən məhsullar sırasında qızılın, kimya məhsullarının, pomidor və metanolun da həcmi artıb. İlin ilk iki ayında Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixrac 282 milyon ABŞ dolları təşkil edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?