24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşü keçiriləcək

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşü keçiriləcək

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının Zirvə Görüşü keçiriləcək.

Zirvə Görüşündə təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Tədbir çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, mənzil-qərargahı Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Azərbaycan Respublikası 1993-cü ildən təşkilatın üzvüdür.

Hazırda təşkilatın 10 üzvü var. Azərbaycandan başqa, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan İƏT üzvləridir.

İƏT 1993-cü ildə BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması