23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilən xarici ticarət iştirakçılarının sayı açıqlanıb

“Yaşıl dəhliz”dən daimi istifadə hüququ verilən xarici ticarət iştirakçılarının sayı açıqlanıb

“Yaşıl dəhliz” buraxılış sistemində daimi istifadəçi statusunu əldə edən biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı xüsusi üstünlüklərə malikdirlər. Belə biznes subyektləri ölkə ərazisinə idxal olunan malları birbaşa anbarlarına apara, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrini (plombları və sair) müstəqil qaydada çıxarıb mallarını boşalda bilərlər.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev eksklüziv müsahibəsində deyib.

O bildirib ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 1033 xarici ticarət iştirakçısı müraciət edib. Bunlardan 262 xarici ticarət iştirakçısına ixrac əməliyyatları üzrə, 482 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə isə 744 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması