15 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi qəbul edilib

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanmış və nümunəvi praktika olaraq götürülüb. Aparılan islahatların dayanıqlığının və davamlılığının bariz nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib.

Bu fikirləri noyabrın 18-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Konfransda çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan dərin və kompleks iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qlobal miqyasda təsdiq olunub və Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi qəbul edilib. Müvafiq addımların iterativ davamı olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli” nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunub. OECD tərəfindən Azərbaycan iqtisadi modelinə verilən yüksək qiymət ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq və beynəlxalq, regional miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi gücləndirəcək. Bu həm də postkonflikt quruculuğu və regional inkişafda Azərbaycanın aparıcı roluna əlavə bir stimuldur.

Mərkəzin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibov bildirib ki, “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin innovasiya təbiəti kimi çeviklik, məsuliyyətlilik, inklüzivlik, proqnozlaşdırma və qlobal istifadəni özündə birləşdirən xüsusiyyətlər nümunəvi təcrübə olaraq müsbət qarşılanıb. Həmçinin OECD-nin müvafiq platformasında ən yaxşı innovativ layihələr yayımlanır və burada əsas üstünlük Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrə məxsusdur. Bu baxımdan, ölkəmizdə iqtisadi islahatların ən nüfuzlu təşkilatlardan biri olan OECD tərəfindən innovativ təcrübə kimi qəbul edilməsi ölkəmizin günbəgün yüksələn nüfuzunun daha da artmasına xidmət edəcək.

“İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin OECD-yə təqdim edilmiş təqdimat çərçivəsində nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi üçün 2019-cu ildən müvafiq qurum ilə danışıqlar və müzakirələr aparılıb. Bunun nəticəsi olaraq, Model OECD-nin “Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası” platformasında nümunəvi innovativ təcrübə kimi rəsmi olaraq yayımlanıb (Keçid: https://oecd-opsi.org/innovations/economic-reforms-governance-model/).

OECD-nin rəsmi platformasında yayımlanan məlumatlarda Modelin vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin layihələndirilməsi və çatdırılması, islahatların aparılmasındakı əldə olunmuş nailiyyətləri təqdim edilib. Model haqqında məlumatlar portalda ətraflı və strukturlaşdırılmış formada təqdim olunub. Belə ki, Modelin yenidənqurma prosesində özəl sektor və sivil cəmiyyətin rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə çağırışların aradan qaldırılması, dövlət xidmətlərində şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və rəqəmsal dövlət xidmətlərin inkişaf etdirilməsi kimi məsələlərdə rolu barədə məlumatlar qeyd edilib.

Əlavə olaraq, Model haqqında ümumi məlumatlar göstərilib və nümunəvi innovativ təcrübə olaraq “azranking.az” portalında 19 işçi qrupu arasında kommunikasiyanın mərkəzləşdirilməsi məqsədilə “Rəqəmsal Kommunikasiya Platforması”nın yaradıldığı, inklüziv əməkdaşlıq mühitinin yaradılması üçün “Rəqəmsal Təqvim”in təsis edildiyi, beləcə qərar qəbulu prosesində ictimai iştirakçılığın və inklüzivliyin təmin edilməsi kimi müsbət tərəfləri vurğulanıb.

“İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin kommunikasiya platformasının olması, platformanın ictimaiyyətdən asanlıqla rəy və ideya qəbul etməyə açıq olması, islahatlarla bağlı qərarların qəbulu üçün analitik informasiya dəstəyi aparılmasını asanlaşdırmaq məqsədilə bençmarkinq alətinin mövcudluğu, institusional çərçivə əsasında qurumlar arasında idarəetmə qabiliyyətinin artırılması, əməkdaşlıq və vahid kommunikasiya mənbələrindən istifadə üçün imkanların olması kimi innovativ özəlliklər barəsində ətraflı məlumatlar qeyd edilib.

Müvafiq Model çərçivəsindəki proseslərin implementasiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən birgə həyata keçirilib.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?