8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturanın təsdiqlənməsi hansı müddətdə mümkündür?

Təqdim olunan elektron qaimə-fakturanın təsdiqlənməsi prosesi ilə bağlı müəyyən vaxt məhdudiyyəti tətbiq edilir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi ödəyicisi göndərilən elektron qaimə-fakturanı qəbul etdikdən sonra onu təsdiq etmək səlahiyyətinə malikdir. Əgər elektron qaimə-fakturanı qəbul edən vergi ödəyicisi 5 gün ərzində onu təsdiq etməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Misal 1: Vergi ödəyicisi 1 may 2020-cu il tarixdə malların satışı ilə bağlı qarşı tərəfə elektron qaimə-faktura göndərib. Əgər qarşı tərəf 5 gün ərzində elektron qaimə-fakturanı təsdiq etməzsə, 5 may 2020-ci il tarixdə həmin elektron qaimə-faktura təsdiqlənmiş hesab olunacaq.

Burada bir məqama diqqət yetirmək lazımdır: əgər, mizsal üçün , “AA” MMC elektron qaimə-fakturanın tərtibi zamanı səhvə yol veribsə, vergi ödəyicisi onu düzəlişə göndərə bilər.

Misal 2: “AA” MMC-nin təqdim etdiyi elektron qaimə-fakturada 10 ədəd kitab qeyd edilib, amma “SS” MMC-yə 6 ədəd kitab təhvil verilib. Bu zaman “SS” MMC elektron qaimə-fakturanı qəbul etməyib, səbəbi göstərməklə sənədi geri göndərib. “AA” MMC səbəblə tanış olduqdan sonra müvafiq düzəliş edərək elektron qaimə-fakturanı yenidən göndərə bilər. Əgər yenidən göndərməsə, həmin elektron qaimə-faktura ləğv olunmuş hesab edilir.

“SS” MMC təsdiqlə bağlı 5 günlük müddəti ötürübsə, yəni sənəd avtomatik təsdiq olunubsa və ya sənəd alıcının səhvi ucbatından yoxlanılmadan təsdiqlənibsə, o zaman tərəflərin hər hansı düzəliş etmək hüququ yoxdur. Bu halda “SS” MMC elektron qaimə-fakturanı ləğv etmək xahişi ilə “AA” MMC-yə müraciət etməlidir ki, vergi ödəyicisi elektron qaimə-fakturanı ləğv edərək yenisini göndərsin.

Bir məsələni də qeyd edək ki, Nazirlər Kabinetinin qərarında 5 gündən sonra avtomatik təsdiqolunma məsələsi nəzərdə tutulmayıb. Bu müddət vergi orqanının AVİS proqramına verilən texniki tapşırıqda müəyyən edilir.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?