15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Gülməmmədov: Gələn ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə riayət olunmaqla tərtib edilib

“2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunu ilə müəyyənləşdirilən tələblərə riayət olunmaqla tərtib edilib. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilib məlumatların keyfiyyət və həcmi nisbətən yüksəldilib. Eyni zamanda, tərəfimizdən təqdirəlayıq hal kimi qiymətləndirilən bu addımların “Büdcə sistemi haqqında” Qanunda bu sahədə hər hansı bir dəyişikliyin olmaması fonunda atıldığını da vurğulamaq lazımdır.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin noyabrın 16-da keçirilən iclasında 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Hesablama Palatasının sədri qeyd edib ki, dövlət maliyyəsi üzərində parlament nəzarətinin tam və əhatəli olması, ilk növbədə, icmal büdcənin və onun tərkib hissələrinin layihəsi və icrası ilə bağlı müzakirələrdə istinad edilən sənəd və məlumatların çeşidindən, həmçinin məlumatlılıq səviyyəsindən asılıdır. Müzakirə üçün təqdim edilən sənədlər büdcə gəlirləri ilə bağlı qiymətləndirmələrin aparılmasına daha münbit şərait yaradıb. Xərclər üzrə də əsaslı, tam və dolğun qiymətləndirmələrin aparılması üçün hüquqi aktlarda bəzi təkmilləşdirmələr tələb olunur. Dövlət maliyyə idarəetməsi sistemində islahatların uğurlu nəticələrinin, həmçinin dünya ölkələrində dövlət maliyyə idarəetməsi sisteminin qiymətləndirilməsini həyata keçirilən nüfuzlu beynəlxalq təşkilatların tövsiyələrinin tərəfimizdən araşdırılması ümumilikdə hüquqi aktların “Büdcə zərfi”ndə müəyyən edilmiş tələblərinə yenidən baxılmasının zəruriliyini vurğulamaq imkanı verir. Hesablama Palatası bununla bağlı öz rəylərində, o cümlədən 2022-ci ilin büdcəsi üçün hazırladığı rəydə təkliflərini təqdim edib”.

Zərfə daxil edilmiş izahatda fiskal risklərin əhatə dairəsinin bir qədər genişləndirildiyini söyləyən Vüqar Gülməmmədov deyib: “Hesablama Palatası 2022-ci ilin dövlət büdcəsi ilə bağlı əlavə olaraq daha üç fiskal risk barədə qiymətləndirmə aparıb. İlkin olaraq dövlətin cari xərclərinin, həmin xərclərin əsas hissəsini təşkil edən müdafiə olunan xərclərin artım tempinin qeyri-neft sektorundan əldə edilən gəlirlərə nisbətinin artmasını, ikinci risk kimi publik hüquqi şəxslər üzrə mənfəət vergisinin nəzərdə tutulmasına baxmayaraq, bu şəxslər üzrə birbaşa dövlət büdcəsində əks etdirilən xərclərin həcminin əhəmiyyətli olaraq qalmasını, nəhayət, yeni büdcə modelinə keçidin gecikməsini və müvafiq bölmələr üzrə Orta Müddətli Xərclər Çərçivəsinə dair yekun sənədin hazırlanmamasını üçüncü əsas risk olaraq müəyyən etmişik”.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?