15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Samir Şərifov: Cari ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 faizədək artıb

Böyük Qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, eyni zamanda, dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial iqtisadi inkişafına dair cari ilin fevralında müəyyən etdiyi beş Milli İnkişaf prioritetləri sırasındadır. 2022-ci ilin dövlət büdcəsi layihəsi bu prioritetlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyinin 2022-2025-ci illər üçün hazırladığı və Azərbaycan Respublikasının İqtisadi Şurasında makroiqtisadi proqnoz göstəriciləri əsas götürülərək tərtib olunub.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, sosial-iqtisadi baxımdan ağır keçən 2020-ci ildən sonra 2021-ci ildə koronovirus pandemiyasının yaratdığı sarsıntıları qismən geridə qoyan ölkəmiz hazırda inamlı artım templərinin nümayiş etdirir. Bunun nəticəsində pandemiya başlayanadək olan ümumi daxili məhsulun həcminin tam bərpası artıq cari ilin sonunda mümkün olacaqdır. Bu isə 2022-ci ildə ümidverici inkişafın və əhəmiyyətli iqtisadi, maliyyə imkanlarının yaranacağı qənaətini artırır. Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə ümumi daxili məhsulun istehsalında 4,8 faizlik real artım əldə edilib. Ölkənin xarici ticarət dövriyyəsi 30 faizədək artaraq 20 milyard 100 milyon ABŞ dollarına çatıb. Nəticədə xarici ticarət dövriyyəsində 5 milyard 400 milyon ABŞ dolları məbləğində müsbət saldo əldə edilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?