12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən rüb ərzində etdiyi satışların 30 faizdən çoxunu elektron qaimə-faktura təşkil edə bilərmi?

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə “vergiler.az” saytına mövzu ilə bağlı şərh verib:

Vergi Məcəlləsinin 218.1.1 maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatadək olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş verginin ödəyiciləri Vergi Məcəlləsinin 220.1 maddəsinə əsasən 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edilir. Məcəllənin 218.1.2 maddəsinə görə, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.1-1 maddəsinə əsasən 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergiyə cəlb edilir. Yəni bu o deməkdir ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər rüb ərzində etdiyi satışların 30%-dən çoxunu elektron qaimə-faktura ilə həyata keçirsələr belə, yenə də sadələşdirilmiş verginin ödəyiciləri kimi qalırlar.

Vergi Məcəlləsinin 218.6.1 və 218.6.2-ci maddələrinə diqqət edək: Məcəllənin 218.6.1 maddəsinə əsasən, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda və Vergi Məcəlləsinin 218.6.2 maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən, əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş verginin ödəyicisi kimi qalırlar.

Beləliklə, maddələrin açıqlamasına əsasən, pərakəndə ticarət və əhaliyə xidmət göstərən sadələşdirilmiş verginin ödəyiciləri rüb ərzində etdikləri satışların 30 faizdən çoxunu elektron qaimə-faktura təşkil etdikdə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirirlər.

Misal: İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs rüb ərzində cəmi 450.000 manatlıq satış edib və bunun da 40 faizini, yəni 180.000 manatını elektron qaimə -faktura (topdan satış) əsasında həyata keçirmişdir: SV= 450.000*8%=36000.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?