15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Büdcə zərfi”ndə şəffaflığın təmini istiqamətində atılan addımların davam etməsi vacibdir

Hesablama Palatası “Büdcə zərfi”ndə məlumatlılığın artırılması, şəffaflığın təmin edilməsi istiqamətində addımların atılmasının davam etməsinin vacibliyini vurğulayır.

Palatadan bildirilib ki, həm fiskal diaqnostika alətlərindən, həm də müxtəlif ölkələrin büdcə qanunvericiliyindən və mövcud təcrübələrindən yararlanmaqla büdcə sənədləşməsinə dair təhlilin aparılması şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların davamlılığının zəruriliyini göstərir. 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində göstərilib ki, bu addımların atılması ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına və büdcə layihəsi üzrə qərarların effektivliyinin artırılmasına xidmət edəcək. Bundan əlavə, Hesablama Palatası tərəfindən müvafiq istiqamətdə təhlilin aparılması zamanı fiskal diaqnostika alətlərinin tələbləri də diqqətə alınmışdır ki, bu tələblər də büdcə-vergi siyasətində müəyyən edilmiş dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, habelə bu istiqamət üzrə Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması kimi hədəflərin reallaşdırılması məqsədilə büdcə qanunvericiliyinə əlavə və dəyişiklikləri zərurətə çevirir. Dövlət maliyyəsinin idarə edilməsi və bu istiqamətdə şəffaflığın qiymətləndirilməsi alətlərindən olan Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) büdcə sənədləşməsində 12 elementin (4-ü baza elementi olmaqla) əks etdirilməsi, Açıq Büdcə İndeksi isə dövlət büdcəsinin layihəsi ilə bağlı 53 göstəricinin aidiyyəti sənədlərə daxil edilməsi və açıqlanması ilə bağlı tələb müəyyən edib. Bununla əlaqədar, Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlanaraq Rəyin “Tövsiyələr” bölməsində əks etdirilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?