16 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: Tarixi Qələbəmiz yeni regional əməkdaşlıq imkanları yaradır

Bir il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız Zəfər böyük tarixi və siyasi məzmuna, eyni zamanda, türk dünyası və ölkəmizin yerləşdiyi region üçün mühüm əhəmiyyətə malikdir. Hər zaman olduğu kimi, haqq savaşımız dövründə də qardaş Türkiyə və Türk Şurasının Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdiyinin şahidi olduq. Tarixi Qələbə ölkəmiz və regionun inkişafı üçün yeni reallıqlar, yeni regional əməkdaşlıq imkanları yaradır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri aparılır. Azad edilmiş ərazilərimizin bərpasına türkdilli dövlətlərin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. İnanırıq ki, azad edilmiş ərazilərimizin bərpası layihələrində və təşəbbüslərin həyata keçirilməsində birgə iştirak ümumi gücümüzü artırmaqla yanaşı, regional tərəfdaşlığı və stabilliyi daha da gücləndirəcək.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nın açılış mərasimində deyib.

Konfransın ortaq mədəni və dini dəyərləri olan türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin təşviqi baxımından böyük önəm daşıdığını bildirən nazir türkdilli dövlətlər tərəfindən gələcəyə ümumi baxış konsepsiyasının müəyyənləşdirildiyini söyləyib: “Hesab edirəm ki, aparılacaq müzakirələr qlobal çağırışlar və trendlər şəraitində türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, nəqliyyat-tranzit, investisiya istiqamətləri ilə yanaşı, “yaşıl” və sirkulyar iqtisadiyyat, ”yaşıl enerji”, iqlim dəyişikliyinin qarşısının alınması üçün tədbirlər, rəqəmsallaşma və müasir dövrün tələblərinə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacaq”.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?