30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Banklar Assosiasiyası Fintex Assosiasiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Fintex Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ABA-dan bildirilib ki, memorandum əsasında növbəti illərdə tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, rəqəmsal ödənişlər və fintex ekosistemində birgə konfrans, seminar və digər tədbirlərin təşkili, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi üzrə koordinasiya edilmiş fəaliyyətin həyata keçirilməsi və digər bu kimi istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Bank sistemi və fintex ekosistemində təmsil olunan maliyyə institutları arasında fəaliyyətin koordinasiya olunmuş formada həyata keçirilməsi bank xidmətlərinin rəqəmsallaşmasına töhfə vermək baxımından faydalı olacaq.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?