15 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda “Apple Pay” kampaniyaları başlayır

“Nağdsız Azərbaycan” proqramı başlayandan ölkədə ödəniş kartlarının sayı 2 dəfə artıb. Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşıb. Bu barədə "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar bildirib:

“Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya dövründə POS-terminallardan istifadənin 5 dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”.

"Mastercard"ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir. Hər bir istifadəçinin payına 4,4 cihaz düşəcəyi, mobil telefondan istifadə müddətinin gündəlik 3,6 saat olacağı, evlərdəki ağıllı cihazların sayının 5,4 milyarda çatacağı planlaşdırılır. Ümumilikdə cihazların sayının 25 milyard civarında olacağı gözlənilir.

“Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. İndi smartfonlar da POS cihazdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”.

Qeyd edək ki, “Mastercard” Azərbaycanda “Apple Pay" kampaniyalarının başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir. Yəni, onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunu və ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?