8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisinin potensialının qiymətləndirilməsi müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Energetika Nazirliyi və Dünya Bankı arasında davam edən uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edilib, birgə həyata keçirilən layihələrin icra vəziyyəti, həmçinin bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Nazirliklə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlığa dair anlaşma memorandumundan irəli gələn məsələlər, Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi potensialının qiymətləndirilməsi və bu enerjidən istifadə sahəsində yol xəritəsinin işlənib hazırlanması istiqamətində görülən işlər müzakirə edilib, birgə əməkdaşlıq səylərinin Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafına, eləcə də atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?