13 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-ların elm və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, elm və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.

KOBİA-dan bildirilib ki, şərtlərə görə müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər. Layihələr elm və ya dəstək sahələrindən birinə aid olmalıdır və hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Həmçinin müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına gələn il martın 1-dən başlanılması nəzərə alınmalı və müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat həcmində nəzərdə tutulur. Layihə sənədlərinin qəbulu noyabrın 15-i saat 09:00-dan dekabrın 14-ü saat 18:00-dəkdir (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaq).

Müsabiqənin keçirilmə vaxtı 2021-ci il 16 dekabr– 2022-ci il 10 fevral.

Müsabiqədə iştirak etmək istəyənlər ətraflı məlumat üçün KOBİA-ya müraciət edə bilərlər. Müsabiqənin nəticələri barədə məlumat fevralın 10-dan sonra KOBİA-nın “www.smb.gov.az” rəsmi internet səhifəsində yerləşdiriləcək.

VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar?