7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib

“AzerGold” QSC-nin 5 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

QSC-dən bildirilib ki, “AzerGold” – Yüksək dəyər meyarı!” şüarı ilə təqdim olunan videoçarx Səhmdar Cəmiyyətin ötən 5 il ərzində ölkəmizin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.

Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixli Sərəncamına uyğun olaraq 2016-cı il iyulun 5-də təsis edilib. Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, o cümlədən hasilat, emal, rəqabətədavamlı məhsulların istehsalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, eləcə də bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Sözügedən videoçarxla tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Youtube/AzerGoldQSC: https://www.youtube.com/watch?v=EtijU1uE9sA

Wetransfer: https://we.tl/t-MHWMG5ces9

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?