Kənd təsərrüfatı təyinatlı torpaqların vergiyə cəlb olunması
Torpaq Məcəlləsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. İqtisadçı ekspert Radil Fətullayev “vergiler.az” saytına kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə verginin hesablanması qaydalarını izah edir:
Təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə verginin hesablanması torpağın yerləşmə yerindən asılı olmayaraq, torpaq sahəsinin hər kvadratmetrinə görə torpaq vergisinin dərəcəsi 0,02 AZN-dir. Buradan belə çıxır ki, vergi hər 100 kvadratmetr (sot) üçün vergi məbləği 2 manat müəyyən edilib.
Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar müəyyənləşib.
Misal 1: "ABC" MMC-nin Kəngərli rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 1 hektar torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:
TV = (10000 m2:100 m2) x 2 = 200 manat
Misal 2: Şərur rayonunda fəaliyyət göstərən "Agro Vest" MMC-nin I keyfiyyət qrupuna aid 40 ha (hektar) əkin sahəsi vardır. Həmin torpağın 30 ha-da taxıl əkilmiş, 10 ha-da isə əkin aparılmamışdır. Müəssisənin illik torpaq vergisini aşağıdakı kimi olacaq:
Təyinatı üzrə istifadə olunan 30 ha torpağa görə: 30 x 53 x 0.06 = 95,4 manat
İstifadə olunmayan 10 ha torpağa görə: (100000 m2 : 100 m2) x 2 = 2000 manat
Cəmi: 2095,4 manat
Misal 3: "Green Agro" MMC-nin Culfa rayonu ərazisində II keyfiyyət qrupuna daxil olan 12 hektar əkin sahəsi, Şərur rayonun düzən ərazisində I keyfiyyət qrupuna daxil olan 11 hektar əkin sahəsi və Babək rayonunun dağ torpaqlarında III keyfiyyət qrupuna daxil olan 40 hektar otlaq sahəsi vardır. "Green Agro" MMC-nin ödəməli olduğu torpaq vergisinin məbləğini nə qədər olacaq?
12 ha x 40 x 0.06 manat = 28,8 manat;
11 ha x 53 x 0.06 manat = 34,98 manat;1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha = 5,76 manat
Cəmi = 28,8 + 34,98 + 5,76 = 69,54 AZN
Qeyd edək ki, Babək rayonunun dağ torpağında 1 ha otlaq sahəsinin şərti balı 2,4 (I keyfiyyət qrupunun şərti balı 24-ün 1 : 10 hissəsi) təşkil etdiyindən, 1 ha otlaq sahəsinin şərti balı 2,4 x 0,06 manat x 40 ha şəklində hesablanıb.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə verginin hesablanması
Torpaq Məcəlləsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisini hesablamaq üçün həmin torpaq sahəsinin hər 100 kvadrat metrini aşağıdakı cədvəldə göstərilən dərəcələrə vurmaq lazımdır.
Yaşayış məntəqələri |
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) (hər 100 kvadrat metri (1 sotu) üçün) |
|
10000 m²- dək olduqda |
10000 m²- dən yuxarı olan hissə üçün |
|
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
Misal 4: Müəssisənin Bakı və Sumqayıt şəhərlərində ticarət təyinatlı torpaqları var. Bakı şəhərində torpaq sahəsi - 3 000 kv.m., Sumqayıt şəhərində isə - 1 000 kv.m. Müəssisənin illik torpaq vergisini hesablayaq:
TV = 30 x 10 + 10 x 8 = 380 manat
Misal 5: Müəssisənin Bakı şəhərində 1000 m2 torpaq sahəsi, Gəncə şəhərində isə 200 m2 torpaq sahəsi vardır. Müəssisənin illik torpaq vergisini hesablayaq:
TV = 10 x 10 x + 2 x 8 = 116 manat
Torpaq vergisinin bəyannaməsi cari il üçün may ayının 15-ə qədər vergi orqanlarına təqdim edilməlidir. Torpaq vergisi bərabər hissələrlə avqust ayının 15-ə və noyabr ayının 15-ə qədər büdcəyə köçürülməlidir.
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə verginin hesablanması
Torpaq Məcəlləsinə əsasən, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların hər 100 kvadrat metri (1 sotu) üçün müəyyən edilmiş torpaq vergisi dərəcələri aşağıdakı cədvəldə verilmişdir.
Yaşayış məntəqələri |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) (hər 100 kvadrat metri (1 sotu) üçün) |
|
10000 m²- dək olduqda |
10000 m²- dən yuxarı olan hissə üçün |
|
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
0,6 |
1,2 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
0,5 |
1,0 |
Digər şəhərlər və rayon mərkəzləri |
0,3 |
0,6 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
0,1 |
0,2 |