18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyində görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakarla görüşüb.

İqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, ölkəmizin investiya cəlbediciliyini, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialını, zəngin təbii resurslara malik olduğunu diqqətə çatdırıb, biznes üçün geniş imkanları vurğulayıb. Bildirilib ki, Türkiyə Banklar Birliyi və Ziraat Bankı ilə uğurlu əməkdaşlıq edilir və bu tərəfdaşlıq çərçivəsində 2019-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” ASC və “Türk Eximbank” arasında əməkdaşlığa dair üçtərəfli Niyyət Protokolu, həmçinin KOBİA və Türk Katılım Bankları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Nazir Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsində bank sektorunun rolunu qeyd edib, Bankla əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri, Ziraat Bankın baş direktoru Alpaslan Çakar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb, Bankın əlaqələrin genişləndirilməsində marağını ifadə edib.

Tərəflər Ziraat Bankın Azərbaycandakı fəaliyyəti, ticarət və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?