19 May 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergitutma məqsədləri üçün birgə fəaliyyət iştirakçılarının gəlirinin və əmlakının bölüşdürülməsi

Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq faəliyyəti ilə məşğul olan hüquqi şəxslərin birgə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri və birgə faəliyyətdən vergi tutulan əmlakı onların birgə sahibkarlıq fəaliyyətindəki (birgə fəaliyyətindəki) payına mütənasib surətdə bölüşdürülür. Bu barədə “vergiler.az” saytına danışan Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev bildirib ki, birgə sahibkarlıq faəliyyətindən gəlirin bölüşdürülməsi Vergi Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir: “Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri (bu fəaliyyətlə bağlı birgə xərci çıxmaqla) hesabladıqdan sonra, birgə sahibkarlıq fəaliyyətlərinə dair razılığa uyğun olaraq vergiyə cəlb edilən gəliri bu fəaliyyətin iştirakçıları arasında bölürlər.

Misal 1: "A" MMC, "B" MMC və "C" MMC hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. "A" MMC-nin birgə sahibkarlıq faəliyyətində payı 50 faiz, "B" MMC-nin 30 faiz, "C" MMC-nin isə 20 faiz olduğunu qeyd edək. Şəxslərin vergi ili ərzində birgə sahibkarlıq fəaliyyətindən əldə etdikləri ümumi gəliri 300 000 manat, Vergi Məcəlləsinə müvafiq surətdə gəlirdən çıxılmasına yol verilən xərcləri isə 160 000 manat olmuşdir. Hər bir şəxsin birgə sahibkarlıq faəliyyətindən ödəməli olduğu mənfəət vergisinin məbləğini müəyyən edək:

İlk növbədə birgə sahibkarlıq faəliyyətindən vergi məbləği müəyyən edilməlidir: (300 000-160 000)*20%=28 000 manat

Daha sonra isə hər bir şəxs payına mütənasib surətdə vergi məbləğini büdcəyə hesablamalıdır.

Nəticədə, "A" MMC (50 faiz paya malik olduğu üçün 28 000*50%) 14 000 manat, "B" MMC (30 faiz paya malik olduğu üçün 28 000 * 30%) 8400 manat, "C" MMC isə (20 faiz paya malik olduğu üçün 28 000*20%) 5600 manat mənfəət vergisini büdəcəyə ödəməlidir.

Diqqət edilməli olan məqamlardan biri də, hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə məşğul olan müəssisələrin birgə fəaliyyətdən əldə etdikləri əmlakın bölüşdürülməsidir. Belə ki, Vergi Məcəlləsinin 197.2-ci maddəsinə əsasən, vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.

Misal 2 : Hüquqi şəxs yaratmadan birgə faəliyyətlə məşğul olan "A" MMC və "B" MMC bu fəaliyyətin həyata keçiriməsi üçün əsas vəsait daxil etmişlər. "A" MMC tərəfindən daxil edilən əsas vəsaitlərin orta illik qalıq dəyəri 200 000 manat, "B" MMC tərəfindən daxil edilən əsas vəsaitlərin orta illik qalıq dəyəri isə 300 000 manat olmuşdur. Bu halda hər biri ayrılıqda öz qoyduqları əmlakın dəyəri həddində əmlak verigisi ödəməlidirlər,yəni "A" MMC (200 000*1%) 2 000 manat, "B" MMC isə (300 000*1 %) 3 000 manat.

Yuxarıdakı misala uyğun olaraq nəzərə alaq ki, "A" MMC birgə faəliyyətdə 40 faiz paya, "B" MMC isə 60 faiz paya malikdirlər. Bu halda isə birgə fəaliyyət nəticəsində əldə edilmiş əsas vəsaitlərə görə əmlak vergisi onların birgə fəaliyyətdə payına mütanasib surətdə bölüşdürüləcək. Fərz edək ki, birgə faəliyyət nəticəsində əldə edilmiş əsas vəsaitlərin orta illik qalıq dəyəri 600 000 manat olmuşdur. Bu halda "A" MMC öz payına uyğun olaraq (600 000*40%) 240 000 manatlıq əsas vəsaitə görə 2400 manat ( 240 000 1%) əmlak vergisi ödəməli, "B" MMC isə (600 000 60%) 360 000 manatlıq əsas vəsaitə görə 3600 manat (360 000*1%) əmlak vergisi ödəməlidir.

İqtisadiyyatHicran Hüseynova: Qadınların əmək bazarına lazımi bacarıqlarla çıxması üçün innovativ maliyyə mexanizmləri yaradılmalıdır MüsahibələrVergi daxilolmalarının artması ölkədə aparılan iqtisadi islahatlarla bağlıdır İqtisadiyyatAvropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib VergiDövlət Vergi Xidmətinin rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb İqtisadiyyatMikayıl Cabbarov Səngəçal terminalına səfər edib MüsahibələrVasif Eyvazzadə: Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün böyük potensial var MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi AHK İmpuls tədbirinin qonağı olub İqtisadiyyatKİV nümayəndələri 195-1 Çağrı Mərkəzi ilə tanış olublar REPORTAJ VergiVergi daxilolmalarının 68,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb İqtisadiyyatƏmlak Xidmətləri Məkanında bir gün FOTOREPORTAJ