19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə 5 milyard manatdan artıq əlavə dəyər yarana bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gəlib.

Səfər və açılış mərasimi barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 ay ərzində qurulub, sınaq uçuşları həyata keçirilib. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşıb:

“Füzuli Beynəlxalq Hava Limanı ermənilərin tamamilə dağıdıb xarabalığa çevridiyi şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanın əhəmiyyəti daha da artacaq”.

Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolunun da hazır olduğunu vurğulayan millət vəkili bundan sonra xarici və yerli nümayəndə heyətlərinin hava limanı vasitəsilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklərini istisna etməyib:

“Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.

Millət vəkili Füzuli Beynəlxalq Hava Limanının Qarabağın iqtisadi reinteqrasiyası baxımından vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir.

V.Bayramov bu baxımdan yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanının Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcəyini bildirib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?