19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət büdcəsinin gəlirləri 17,8 milyard manat, xərcləri 17,7 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 17 milyard 871,6 milyon manat, xərcləri 17 milyard 711,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 159,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,3 faizi qədər profisit yaranıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 15 milyard 974,3 milyon manat, xərcləri isə 15 milyard 626,8 milyon manat olub.

Daxilolmaların 21,49 faizi əlavə dəyər vergisi, 13,77 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,42 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,87 faizi fiziki şəxslərin gəlir vergisi, 4,47 faizi aksizlər, 1,27 faizi sadələşdirilmiş vergi, 1,96 faizi vergilərin digər növləri, 46,76 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 20,10 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 18,14 faizi təhsil və səhiyyənin, 15,62 faizi ümumi dövlət xidmətlərinin, 14,31 faizi sosial müdafiə və sosial təminatın, 7,54 faizi məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 24,30 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?