26 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dizel yanacağının istehsalı 22,1 faiz artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 883,1 min ton dizel yanacağı, 915,2 min ton avtomobil benzini, 311,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 377,5 min ton ağ neft, 32,4 min ton yanacaq mazutu, 39,5 min ton sürtkü yağları, 275,4 min ton neft bitumu və 198,3 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 282 milyon manat olmaqla ötən ilin eyni ayları ilə müqayisədə 17,7 faiz artıb.

Sürtkü yağlarının istehsalı 63,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 faiz, neft koksunun istehsalı 34,3 faiz, neft bitumunun istehsalı 9,3 faiz, dizel yanacağının istehsalı 22,1 faiz, avtomobil benzininin istehsalı 7,4 faiz, ağ neftin istehsalı 5,8 faiz artıb.

Yanacaq mazutunun istehsalı isə 23,6 faiz azalıb.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?