30 Noyabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 35 min 919 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 35 min 919 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 934 milyon 724 min 3 manatdır.