17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərbaycan Vanhong Ceramics Co.” MMC qeydiyyata alınıb.

“Azərbaycan Wanhong Ceramics Co.” MMC ilə Sənaye Parkı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə imzalanıb, MMC-nin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınması haqqında “Sənaye parkının qeydiyyat şəhadətnaməsi” təqdim edilib.

Bununla bağlı keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, qeyri-neft sektorunun inkişafında sənaye zonalarının əhəmiyyətini qeyd edib, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib.

Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin sədri Fan Jiangshan Azərbaycanda əlverişli biznes və investisiya mühitindən məmnunluğunu bildirib, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edilib ki, 100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfərin daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Qeyd: Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin Çin, Özbəkistan, Səudiyyə Ərəbistanı və İranda keramik plitələr istehsal edən zavodları var.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?