10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda alternativ maliyyələşmə ilə bağlı beynəlxalq konfrans keçiriləcək

İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində “SUKUK - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda vebinar keçiriləcək.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da baş tutacaq konfransda dövlət, özəl və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə islam maliyyə sisteminin qlobal miqyasda inkişafından və bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında tutduğu mövqedən bəhs ediləcək.

Vebinar iki hissədən ibarət olacaq, hər sessiyanın sonunda sual və cavab üçün şərait yaradılacaq. İlk sessiyanın mövzusu uyğun olaraq “Azərbaycanda alternativ maliyyələşmə mexanizmi SUKUK” olacaq. İkinci sessiya isə “Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün alternativ maliyyə mexanizmi olan islami maliyyə sistemi” mövzusu ətrafında panel müzakirəsinə həsr ediləcək.

Qeyd edək ki, son dövrlərdə baş verən qlobal pandemiyanın və iqtisadi geriləmənin təsirlərinə baxmayaraq islami maliyyə sistemi inkişaf etməkdədir. Davamlı inkişafda olan alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə belə tətbiq edilir. UBS, HSBC, “City Bank”, “Lyolds TSD” və digər dünyaca məşhur banklar islam pəncərəsi ilə bu xidməti öz müştərilərinə təklif edirlər. İslam maliyyə sistemi real aktivlərə əsaslanan kommersiya və maliyyə əməliyyatlarının vacibliyindən bəhs edir. Bu səbəbdən ötrüdür ki, aktiv əsaslı əməliyyatlar qiymətli kağızlar üzərində öz əksini tapır. SUKUK isə bunlardan biri olaraq islami istiqrazdır. Ümumilikdə, islami maliyyə sektorunun cəmi qlobal maliyyə aktivləri 2,88 trilyon ABŞ dolları ətrafındadır və bu göstəricinin 2024-cü ilə qədər 3,69 trilyon ABŞ dolları olması gözlənilir.

Vebinar alternativ maliyyə mexanizmi olan SUKUK-un Azərbaycanda təşviq edilməsinə xidmət edəcək. Həmçinin SUKUK-un alternativ maliyyə mexanizmi kimi Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrində tətbiq olunma məsələləri müzakirə ediləcək.

Oktyabrın 26-da Bakı vaxtı ilə 14:00-da keçiriləcək vebinarda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçmək mümkündür: https://idbgbf-org.zoom.us/webinar/register/WN_0gcPTmu3RyeAJ3JcjMbw-g

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?