Səkkiz ayda 138 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib
Cari ilin yanvar-avqust aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 8 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 138 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 44,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 53,4 faiz artıb.
Hesabat dövründə ötən ilin yanvar-avqust aylarına nisbətən stolüstü kompüterlərin istehsalı 10,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 49,4 faiz, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 80,3 faiz çoxalıb.