12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səkkiz ayda 54 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub

2021-ci ilin yanvar-avqust aylarında ölkədə 54 milyard 730,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,7 faiz artıb. ÜDM istehsalının 40,4 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5466,1 manata bərabər olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?