Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,47 dollar artaraq 72,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,58 dollar bahalaşaraq 69,72 dollar olub.