2 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçinin uşaqlara görə təminatları

Azərbaycan qanunvericiliyində uşaqlı işçilər üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Hüquqşünas Şəhriyar Həbilov həmin təminatları diqqətinizə çatdırır.

- İxtisar halı. Öhdəsində 2 və daha çox 16 yaşınadək uşağı olan işçilərin eyni ixtisas və peşəkarlıq səviyyəsi olan digər işçilərə münasibətdə işdə saxlanmaq hüququ var.

- Müqavilənin ləğvi. Müəssisənin ləğvi və müqavilə müddətinin bitməsi halları istisna olmaqla, 3 yaşınadək uşağı olan qadınlar, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək (6 yaş) uşağı təkbaşına böyüdən və ya öhdəsində sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağı olan işçilərlə digər əsaslar üzrə əmək müqaviləsi ləğv edilə bilməz.

- İş saatı. Yaşyarımadək uşağı olan qadınların və 3 yaşınadək uşağı təkbaşına böyüdən işçilərin həftəlik iş saatı 36 saatdan çox olmamalıdır. Bununla yanaşı xroniki xəstəliyi olan, 14 yaşınadək uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara öz ərizələri ilə natamam iş vaxtı müəyyən edilə bilər. Onu da qeyd edək ki, 3 yaşınadək uşağı olan qadınların gecə vaxtı, istirahət, bayram, iş vaxtından artıq vaxtda işə cəlb edilməsinə yol verilmir. 3-14 yaşınadək, yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınların isə iş vaxtından artıq, bayram, istirahət günlərində işə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaş yarıma çatmamış uşağı olan qadın işçilərə yedizdirmə üçün əlavə fasilələr də verilməlidir.

- Məzuniyyət. 14 yaşınadək uşağı olan qadınlara əlavə 2, bu yaşda 2 və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanı məhdud uşağı olan qadınlara əlavə 5 gün məzuniyyət hüququ verilir. Uşağa bilavasitə qulluq edən valideyn 3 yaşınadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətə çıxa bilər. Həmçinin, 14 yaşınadək 2 və daha çox uşağı olan, yaxud sağlamlıq imkanı məhdud uşağı olan qadınlara məzuniyyət onların istəyi ilə əlverişli olan istənilən vaxt üçün verilə bilər.

- Vergi. Daimi qulluq tələb edən sağlamlıq imkanı məhdud 18 yaşınadək uşağına baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin vergi tutulmalı olan aylıq gəliri 200 manat həcmində gəlir vergisindən azaddır. Həmçinin qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində gəlir vergisindən azaddır.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?