14 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixrac edəcək

Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixrac edəcək

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib. Baytarlıq nəzarətində olan qeyri-qida məhsullarının, o cümlədən işlənmiş dərinin Avropa İttifaqı ölkələrinə satışı istiqamətində zəruri tədbirlər həyata keçirilib və Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktorluğu ilə danışıqlar aparılıb.

Agentliyin İnformasiya təminatı və innovatıv həllər şöbəsindən verilən məlumata görə, "3A Çümen deri" MMC və "Şahındəri.M" MMC yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının Qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə daxil olması üçün məktub ünvanlanıb.

Qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və Avropa İttifaqının müvafiq qurumları ilə aparılmış danışıqlar nəticəsində müsbət nəticələr əldə edilib. Ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün həmin müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə uğurla qəbul edilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?