Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,26 dollar artaraq 66,44 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 63,26 dollar olub.